Azərbaycanlı deputatlar NATO nümayəndəsi ilə mina problemini müzakirə edib

07.03.2025

Baku.ws saytından alınan məlumata görə, Icma.az bildirir.

Azərbaycan Milli Məclisinin nümayəndə heyəti Brüsselə səfər çərçivəsində NATO-nun Kütləvi Qırğın Silahlarına Nəzarət Departamentinin direktoru Eyrini Lemos-Maniati ilə danışıqlar aparıb.

"Report" xəbər verir ki, bu barədə Azərbaycanın NATO yanındakı nümayəndəliyi məlumat yayıb.

Tərəflər "Sülh naminə tərəfdaşlıq" proqramı çərçivəsində əməkdaşlığı müzakirə edib, həmçinin Azərbaycanın işğaldan azad edilmiş ərazilərində minalarla çirklənmə probleminə toxunublar.

Görüş iştirakçıları Azərbaycan ilə NATO arasında humanitar minatəmizləmə sahəsində əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparıblar.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью