Azərbaycanlı deputatlar Serbiyada parlament seçkisini müşahidə edəcəklər

22.10.2026

Icma.az, Moderator.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Milli Məclisin sədr müavini Musa Qasımlı, deputatlar Məlahət İbrahimqızı və Nizami Səfərov oktyabrın 23-dən 27-dək Serbiya Respublikasının Belqrad şəhərində səfərdə olacaqlar.

Moderator.az-a bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Səfər çərçivəsində deputatlar Serbiya Respublikasında keçiriləcək növbədənkənar parlament seçkisini izləyəcəklər.

Azərbaycanlı deputatlar bir sıra seçki məntəqələrində olacaq, orada yaradılmış şəraitə, seçkiyə hazırlığa diqqət yetirəcək, seçki günü prosesin gedişini müşahidə edəcəklər.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью