Azərbaycanlı diplomat İranda həlak oldu

23.05.2026

Icma.az, Modern.az portalına istinadən məlumatı açıqlayır.

Azərbaycanın Təbriz şəhərindəki baş konsulu avtomobil qəzası nəticəsində ölüb.

Modern.az xəbər verir ki, bu barədə Azərbaycan XİN-in “X” hesabında məlumat verilib.

“Hörmətli diplomat həmkarımız, Azərbaycan Respublikasının İran İslam Respublikasının Təbriz şəhərindəki baş konsulu vəzifəsində çalışan Ramil Rza oğlu İmranovun Culfa-Təbriz avtomagistral yolunda Mərənd qəsəbəsi yaxınlığında xidməti fəaliyyətini həyata keçirərkən idarə etdiyi avtomobillə düşdüyü qəza nəticəsində dünyasını dəyişməsi xəbəri bizi dərindən sarsıtdı”, - məlumatda deyilir.

Qeyd edək ki, o ötən il 29 oktyabr Prezidentin sərəncamı ilə bu vəzifəyə təyin edilib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью