Azərbaycanlı diplomat İstanbulda 70 kq qızılla həbs edildi

23.11.2024

Gununsesi portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

İstanbulda “Sarıyer” ticarət mərkəzinin yaxınlığında azərbaycanlı diplomat saxlanılıb.

Gununsesi.info türk mediasına istinadən xəbər verir ki, adı açıqlanmayan diplomatdan 70 kq qızıl götürülüb.

Məlumata görə, saxlanılan azərbaycanlı diplomat Qərb ölkələrindəki diplomatik səfirliklərinin birinin əməkdaşıdır.

Hazırda Xarici İşlər Nazirliyinin əməkdaşı həbsdədir.

İstanbul prokurorluğu həbsdə olan azərbaycanlı diplomatla bağlı rəsmi məlumat yayıb.

“Qaçaqmalçılıqla Mübarizə İdarəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində özünü diplomatik korpusun əməkdaşı kimi təqdim edən Azərbaycan vətəndaşı saxlanılıb.

Saxlanılan şəxsdən 70 kq qızıl götürülüb. Dindirilmə zamanı Azərbaycan vətəndaşı götürdüyü qızılların ona məxsus olduğunu bildirib. İstintaq davam edir”-deyə rəsmi açıqlamada bildirilir.

Gununsesi.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью