Azərbaycanlı dizayner moda dünyasının ən nüfuzlu mükafatına layiq görüldü

30.01.2026

Kulis.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Azərbaycanlı dizayner Qalib Qassanovun təsis etdiyi "İNSTITUTION" brendi moda dünyasının ən nüfuzlu mükafatlarından biri olan "Zalando Visionary Award 2026" müsabiqəsinin qalibi elan edilib.

Kulis.az xəbər verir ki, bu qələbə brendə Kopenhagen Moda Həftəsinin rəsmi cədvəlində yer almaq və kolleksiyasını beynəlxalq auditoriyaya təqdim etmək hüququ qazandırıb.

Münsiflər heyətinin rəyinə əsasən, Qalib Qassanovun yaradıcılığı təkcə estetik gözəlliyi ilə deyil, həm də sosial əhəmiyyəti ilə seçilir.

Mükafatın təqdim edilməsində həlledici amillərdən biri dizaynerin kolleksiyasında istifadə etdiyi, Azərbaycan mədəniyyətini simvolizə edən elementlər olub.
"INSTITUTION" brendi 20 min avro məbləğində pul mükafatı ilə yanaşı, Zalando platforması tərəfindən qlobal marketinq dəstəyi də alacaq.

Qeyd edək ki, bu uğur Azərbaycan mədəniyyətinin və yaradıcı sənayesinin dünya miqyasında tanıdılması baxımından mühüm hadisə hesab olunur.

Qatilin axtarılması - Yaroslav Haşekin hekayəsi İnsanlar niyə konspiroloji nəzəriyyələrə inanırlar? - Araşdırma Musiqili Teatrın yeni layihəsi: "Şahmaran" əfsanəsi əsasında
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью