Azərbaycanlı DJ xanım: Dünyanın ən çox dinlənilən mahnısı...

12.11.2024

Icma.az, Moderator.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Azərbaycanın ilk DJ xanımı,  fotoqraf  Ülviyyə Şahbazovadan xəbər var.

Belə ki, uzun müddətdir ki, Moskvada yaşayan Ülviyyə Şahbazova Moderator.az-a danışdı:

"Bəzi insanlar məni filmlərdə səs- rejissoru, bəziləri fotoqraf ve s. kimi tanısalarda dəyişməyən bir, həqiqət var ki, mən Azərbaycanın ilk xanım-DJ  olaraq  hər zaman musiqi ilə məşğulam. 

BIT & SOUND MUSIC  prodüser  mərkəzinin PHOÈNIX  proyektin DJ-i olaraq avropada "Be Free " və  "Evolution " adlı musiqimiz işiq üzü gördü və ən çox dinlənilən musiqi adı altında  dünyanın bütün platformasında sevilərək üçüncü yerə layiq görüldü. Albomumuz artıq hazırdı.  İnşallah yaxın zamanda işiq üzü görəcək. Hazırda hərkəsin sevimlisi olan bir mahnıya remix və layihələr üzərində çalışırıq.

Mən  Moskvada yaşayıram.  ART-SPACE adlı Müasir İncəsənət mərkəzinin art -meneceri olaraq Azərbaycandan, Türkiyədən və başqa ölkələrdən buraya gələn rəssamları, heykəltaraş, xalçaçılıq və s. sənətçileri galeriya mərkəzinə dəvət edirəm. Burada böyük və maraqlı sərgilər keçirmək üçün hər cür şərait var. Biz çox istedadlı xalqıq və istəyirəm ki, xalqımızın  yaradıcılıq potensialı olan insanları ilə bütün dünya tanış olsun. Azərbaycanlı olaraq, hər zaman gördüyüm işlər və gözəl nəticələri ilə mən də öz tərəfimdən daha da xalqımızı tanıtmağa çalışıram. Uğurlarım  isə anama həsr edirəm".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью