Azərbaycanlı döyüşçü 1/4 final öncəsi dəstək istədi VİDEO

13.06.2026

futbolpress-az saytından alınan məlumata görə, Icma.az bildirir.

Azərbaycanın tanınmış kikboksçularından Bəhram Rəcəbzadə iyunun 13-də Niderlandın Rotterdam şəhərində keçiriləcək “GLORY Collision 9” turnirində iştirak edəcək.

Futbolpress.az xəbər verir ki, 95 kq-da mübarizə aparacaq idmançı Dünya Kəməri uğrunda təşkil olunan 8 nəfərlik Qran-prinin 1/4 final mərhələsində mərakeşli rəqibi Məhəmməd Tuçasse ilə üz-üzə gələcək.

65 nokautla 73 qələbəyə sahib olan Bəhram Rəcəbzadə turnirin ən təhlükəli döyüşçülərindən biri hesab olunur və çempionluq uğrunda əsas namizədlər sırasında göstərilir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью