Azərbaycanlı döyüşçü İngiltərədə məğlub olub VİDEO

16.03.2025

Icma.az bildirir, Idman.biz saytına əsaslanaraq.

Azərbaycanlı Tariel Abbasov İngiltərədə növbəti döyüşünü keçirib.

İdman.biz xəbər verir ki, 29 yaşlı döyüşçü Mançesterdə keçirilən "Cage Warriors 185" turniri çərçivəsində Lük Rayli ilə qarşılaşıb.

O, ikinci raundda texniki nokautla məğlub olub.

Yarımyüngül çəkidə mübarizə aparan Abbasov son dörd döyüşündən 3-də uduzub. Ümumilikdə onun hesabında 9 qələbə və 3 məğlubiyyət var.

İdman.biz

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью