Azərbaycanlı döyüşçü UFC də debüt edəcək: Rəqibi məlum oldu

25.09.2026

Icma.az, Idman.biz saytına istinadən bildirir.

Azərbaycanlı MMA döyüşçüsü Asəf Çopurovun UFC-də debüt edəcəyi tarix və rəqibi müəyyənləşib.

İdman.Biz xəbər verir ki, 24 yaşlı idmançı oktyabrın 24-də Əbu-Dabidə keçiriləcək UFC 333 turnirində avstraliyalı Kolbi Tiknesslə qarşılaşacaq. Döyüş “Etihad Arena”da baş tutacaq.

Çopurov peşəkar MMA karyerasında keçirdiyi 11 döyüşün hamısında qələbə qazanıb. Onun 10 qələbəsi vaxtından əvvəl başa çatıb. Azərbaycanlı döyüşçü daha əvvəl UAE Warriors təşkilatında yüngül çəki üzrə çempion kəmərinə sahib olub və titulunu iki dəfə qoruyub.

Kolbi Tiknessin isə aktivində doqquz qələbə və bir məğlubiyyət var. Avstraliyalı döyüşçü son qarşılaşmasında Vins Moralesi hakimlərin yekdil qərarı ilə məğlub edib.

Qeyd edək ki, UFC 333 turnirinin əsas döyüşündə Aleksandr Volkanovski Movsar Evloyevlə qarşılaşacaq. Gecənin digər titul döyüşündə isə Petr Yan Merab Dvalişvili ilə üz-üzə gələcək.

İdman.Biz
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью