Azərbaycanlı döyüşçü UFC də məğlub oldu

01.11.2026

Icma.az, futbolpress-az portalına istinadən məlumat yayır.

Azərbaycanlı döyüşçü Fərman Həsənov UFC-də ikinci görüşünə çıxıb.

Futbolpress.az xəbər verir ki, o, Las-Veqasda keçirilən “UFC Fight Night” turnirində Yan-Pol Lebosnoyani ilə qarşılaşıb.

Üçüncü raundda gözündən yaralanan Fərmana hakimlər döyüşü davam etdirməyə icazə verməyib. Azərbaycanlı döyüşçü bununla da texniki nokautla məğlub olub.

Bu, Həsənovun UFC-də ikinci döyüşü idi. O, ilk qarşılaşmasında iyunun 27-də Bakıda Erik Nolanla qarşılaşmış və qələbə qazanmışdı. 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью