Icma.az bildirir, Apasport saytına əsaslanaraq.
Azərbaycanlı MMA döyüşçüsü Məhəmmədəli Osmanlı “The Ultimate Fighter” (TUF) turnirinin 34-cü mövsümündə finala yüksəlib.
Apasport.az xəbər verir ki, "bantamweight" çəki dərəcəsində keçiriləcək həlledici döyüşdə onun rəqibi Qırğızıstan təmsilçisi İlimbek Akylbek Uulu olacaq.
Finalın qalibi UFC ilə müqavilə əldə edəcək.
Osmanlı yarımfinalda amerikalı Kristian Stronqu ikinci raundda boğucu fəndlə məğlub edərək finala vəsiqə qazanıb. Akylbek Uulu isə digər yarımfinalda Xavier Franklinə qalib gəlib.
Final döyüşü sentyabrın 26-da ABŞ-ın Las-Veqas şəhərində keçiriləcək UFC Vegas 121 turniri çərçivəsində baş tutacaq. Gecə “Meta APEX” arenasında təşkil olunacaq.
Qeyd edək ki, Məhəmmədəli Osmanlı TUF-34-də Maykl Bispinqin komandasının üzvü kimi çıxış edir.
Tofiq Musayevdən UFC-də ikinci qələbə - YENİLƏNİB Makqreqor UFC döyüşünün vaxtını açıqladı – “Son rəqs” 2027-ci ildə Du Plessi Usmanı məğlub etdi Hollouey Makqreqorun dönüşünü korladı - İlk raundda texniki nokaut Topuriya revanş istəyir - Qetjidən rədd cavabı