Azərbaycanlı döyüşçüdən Kiyevdə ilk raundda qələbə

30.03.2025

Idman.biz saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Ukraynanın paytaxtı Kiyevdə qarışıq döyüş növləri üzrə "World Warriors Fighting Championship 24" turniri keçirilib.

İdman.biz xəbər verir ki, əsas döyüş 61,2 kq çəki dərəcəsində Azərbaycan təmsilçisi Ruslan Məmmədov və ukraynalı Dmitri Orlov arasında olub.

32 yaşlı azərbaycanlı döyüşçü elə ilk raundda qələbəni təmin edib. Məmmədov rəqibini yerə yıxaraq zərbələr endirməyə başlayıb, sonra da boğma fəndi işlədib. Orlov əlini yerə vurmaq məcburiyyətində qalaraq döyüşü davam etdirməkdən imtina edib.

İdman.biz

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью