Azərbaycanlı döyüşçülər rəqibləri ilə üz üzə gəldi VİDEO

26.06.2026

Idman.biz portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bakıda keçiriləcək “UFC Fight Night” turniri öncəsi rəsmi üz-üzə mərasimi baş tutub.

İdman.Biz xəbər verir ki, Azərbaycan təmsilçiləri döyüş gecəsi ərəfəsində rəqibləri ilə qarşı-qarşıya gəliblər.

Gecənin əsas döyüşündə oktaqona çıxacaq Rafael Fiziyev meksikalı Manuel Torreslə üz-üzə dayanıb.

Nazim Sadıxov isə Mateus Kamilo ilə qarşı-qarşıya gəlib. Azərbaycanlı döyüşçü baxışma zamanı inamlı görüntüsü ilə diqqət çəkib.

Digər təmsilçimiz Fərman Həsənov Erik Nolanla üz-üzə gəlib. Tahir Abdullayev isə Cefferson Nasimento ilə qarşı-qarşıya dayanıb.

Qeyd edək ki, “UFC Fight Night” turniri 27 iyunda Bakıda, Milli Gimnastika Arenasında keçiriləcək. Gecənin əsas döyüşündə Rafael Fiziyev meksikalı Manuel Torreslə üz-üzə gələcək.

Orxan Fuladi

İdman.Biz
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью