Azərbaycanlı federasiya prezidenti İrəvanda üzv seçildi

07.05.2025

Turkstan.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Azərbaycan Milli Karate Federasiyasının prezidenti Yaşar Bəşirov Ermənistanın paytaxtı İrəvanda keçirilən Avropa Karate Federasiyasının (EKF) İcraiyyə Komitəsinə yenidən üzv seçilib.

Turkustan.az "Prosport.az"a istinadən xəbər verir ki, müəyyən səbəbdən İrəvana gedə bilməsə də, Yaşar Bəşirov səsvermə nəticəsində qalib elan olunub. O, 2029-cu ilədək EKF İcraiyyə Komitəsinin üzvü kimi fəaliyyətini davam etdirəcək.

Avropa Karate Federasiyasının prezidenti Dünya Karate Federasiyasına da rəhbərlik edən ispaniyalı Antonio Espinosdur. Baş katib isə Xorvatiya Karate Federasiyasının prezidenti Davor Çipekdir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью