Azərbaycanlı FIFA referisi Niderlandda meydana çıxacaq

13.10.2026

Idman.biz saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Azərbaycanlı FIFA referisi Əliyar Ağayev növbəti beynəlxalq oyuna təyinat alıb.

İdman.Biz xəbər verir ki, o, UEFA Avropa Liqasının əsas mərhələsində Niderlandın “Neymegen” və Bolqarıstanın “Levski” (Sofiya) komandaları arasında keçiriləcək ikinci tur qarşılaşmasını idarə edəcək.

Ə.Ağayevə yan xətt hakimləri Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcəklər. Dördüncü hakim funksiyasını İnqilab Məmmədov yerinə yetirəcək.

Qeyd edək ki, “Neymegen” - “Levski” görüşü oktyabrın 15-də Neymegen şəhərindəki “Qoffert” stadionunda təşkil olunacaq.

İdman.Biz
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью