Azərbaycanlı fiqurlu konkisürən İtaliyada beynəlxalq yarışda gümüş medal qazandı

25.01.2026

Icma.az, Fanat portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Azərbaycanlı beynəlxalq fiqurlu konkisürən Nərgiz Süleymanova İtaliyanın Merano şəhərində keçirilən "Merano Ice Trophy" yarışında uğurla çıxış edib.

Fanat.Az xəbər verir ki, qısa və sərbəst proqram üzrə çıxış edən Nərgiz Süleymanova 10 idmançı arasında 166.39 xal toplayıb.

Təmsilçimiz bu nəticə ilə gümüş medala sahib olub.

Abunə Ol

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью