Azərbaycanlı forvard Dinamoda debüt etdi FOTOLAR

10.12.2024

Icma.az, Sportal.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Gürcüstanda dünyaya gələn, əslən Azərbaycandan olan Yusuf Mehtiyev "Dinamo"(Tbilisi) klubunun heyətində debüt edib.

Sportal.az xəbər verir ki, 18 yaşlı hücumçu Tbilisi klubunun heyətində Gürcüstan çempionatının son turunun "Qaqra" ilə oyununda start heyətində meydana çıxıb.

Bu matçda "Dinamo" 0:1 uduzub. Mehtiyev isə fasilədə komanda yoldaşı ilə əvəzlənib. 

Qeyd edək ki, bu matç mövsümün son görüşü olub. 

Qeyd edək ki, "Dinamo" mövsümü 7-ci pillədə başa vurub. Gürcüstan çempionu isə "İberiya" olub. Əlavə edək ki, Yusufun "Dinamo" ilə müqavilə müddəti 2027-ci il yanvarın 30-na qədərdir.

Mirbağırağa

saytlarin hazirlanmasi
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью