Sportal.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
“Dinamo”(Tbilisi) klubunun azərbaycanlı yetirməsi olan Yusif Mehtiyev icarəyə göndərilib. AFFA-nın bir müddətdir ki, milliyə cəlb etmək istədiyi hücumçu Gürcüstan yüksək liqasında çıxış edəcək.
Sportal.az saytına verilən məlumata görə, 19 yaşlı forvard yüksək liqaya yeni vəsiqə qazanmış “Meşaxte” ilə anlaşıb.
Həmyerlimiz ötən mövsümü aşağı liqada keçirmiş klubla 1 illik icarə müqaviləsi imzalayıb. Mehtiyev icarə müqaviləsi başa çatdıqdan sonra “Dinamo”ya geri qayıdacaq.
O, ötən il Tbilisi klubunun heyətində yüksək liqada debüt etmişdi. Gürcüstanın Qardabani şəhərində dünyaya gəlmiş futbolçu “Dinamo”nun akademiyasının yetirməsidir.
Yusuf Gürcüstanın U-16, U-18 və U-19 yığma komandalarında da oynayıb.
Mirbağırağa
saytlarin hazirlanmasi