Azərbaycanlı futbol hakimləri Türkiyənin Antalya şəhərində yoxlama oyunu idarə ediblər

08.01.2025

Icma.az, Report.az saytına istinadən bildirir.

Azərbaycanlı futbol hakimləri Türkiyənin Antalya şəhərində yoxlama oyunu idarə ediblər.

"Report" xəbər verir ki, Rumıniyanın “Universitatea Cluj” və Cənubi Koreyanın “Gangwon” klubları arasında təşkil olunan matçın baş hakimi Əli Əliyev olub.

Ona yan xətt hakimləri Asiman Əzizli və Sevda Nuriyeva köməklik ediblər. Qarşılaşma “Universitatea Cluj”un 4:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, azərbaycanlı hakimlərin Antalyadakı təlim-məşq toplanışı yanvarın 12-ə kimi davam edəcək.

Bizim WhatsApp kanalımıza abunə olun

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью