Azərbaycanlı futbolçu ABŞdə qəzaya düşdü

02.12.2024

Icma.az, News24 saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Azərbaycanlı futbolçu Ratmir Ağayev Nyu-Yorkda qəzaya düşüb. 

Məlumatı News24.az-a onun dostu təsdiqləyib. R.Ağayev ötən gün idarə etdiyi "Cadillac Escalade" markalı avtomobillə 

Manhettendən Bruklin istiqamətində hərəkət edən zaman "Hyundai Sonata" ilə toqquşub. Hadisə nəticəsində avtomobillərə ziyan dəysə də, xoşbəxtlikdən xəsarət alan olmayıb.

Qeyd edək ki, Ratmir Ağayev 1987-1990-cı illərdə Azərbaycanın bir neçə futbol klubunda çıxış edib. O, 1992-ci ildə ABŞ-yə köçüb.

Ağa Dadaşzadə

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью