Azərbaycanlı futbolçu Albaniya klubunda debüt etdi

26.06.2025

Icma.az, Sportal.az portalına istinadən məlumat verir.

Azərbaycanlı hücumçu Vüsal İsgəndərli bir müddət əvvəl transfer olduğu "Partizani”nin heyətində Şimali Makedoniyada təlim-məşq toplanışında yoldaşlıq oyununa çıxıb.

Sportal.az xəbər verir ki, albanlar yerli "Rabotniçki" ilə qarşılaşıb.

Görüş “Partizani”nin 3:0 hesabı qələbəsi ilə yekunlaşıb.

İsgəndərli matça start heyətində çıxıb və fasilədə əvəzlənib. 
 

saytlarin hazirlanmasi
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью