Azərbaycanlı futbolçu Albaniya Superkubokunu qazanıb İdman və Biz

27.12.2024

Idman.biz saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Azərbaycanlı futbolçu Albaniya Superkuboku titulunu qazanıb.

İdman.biz xəbər verir ki, Zamiq Əliyevin çıxış etdiyi "Eqnatiya" finalda "Kukeşi" ilə qarşılaşıb.

2023/2024 mövsümündə Albaniya çempionu olub və ölkə kubokuna sahib çıxan "Eqnatiya" Superkubokda da qələbə qazanıb. Zamiqin komandası kubokun finalında olduğu kimi bu dəfə də "Kukeşi"ni məğlub edib. Oyun 2:0 hesabı ilə yekunlaşıb.

Zamiqin adı iştirak ərizəsinə daxil edilsə də, o, Superkubokun finalında meydana çıxmaq şansı qazanmayıb.

İdman.biz

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью