Azərbaycanlı futbolçu Asiya klubundan ayrıldı

24.05.2025

Icma.az, Sportal.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Azərbaycanlı futbolçu Məmməd Quliyev klubsuz qalıb. 

Sportal.az xəbər verir ki, bu barədə yarımmüdafiəçi özü məlumat verib.

O, "Muanq Loei"də qalası olmayıb. Həmyerlimiz müqaviləsi başa çatdığından Asiya təmsilçisinin düşərgəsini tərk edib.

Quliyevin Taylandın 1-ci və 2-ci liqa klublarından təklif aldığı, yaxın vaxtlarda da müqavilə imzalayacağı gözlənilir.

29 yaşlı futbolçu “Rəvan”, “Keşlə”, “Şüvəlan”, “Kampaenqpet”, “Kasem Bundit”, “Tonburi Yunayted”, “Uttaradit”, “İnter Banqkok”(hamısı Tayland) klublarında çıxış edib.
 

saytlarin hazirlanmasi
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью