Azərbaycanlı futbolçu bu ölkədən ayrılacaq yeni komandada oynayacaq İdman və Biz

14.11.2024

Idman.biz portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Latviyanın "Qrobinya" klubunda oynayan Nazim Məmmədzadə 2025-ci ilə yeni komandada başlaya bilər.

İdman.biz xəbər verir ki, azərbaycanlı müdafiəçi Latviya klubundan ayrılacaq.

Onun "Qrobinya" ilə müqavilə müddəti bu ay başa çatacaq.

Məmmədzadənin bu komandada qalmayacağı və özünə yeni komanda tapacağı gözlənilir (Sportal.az).

23 yaşlı futbolçu “Qrobinya”ya iyulun 1-də keçmişdi. "Neftçi"nin yetirməsi olan Nazim "Renova", "Moralo", "Marino Luanko", MOİK klublarında oynayıb.

İdman.biz

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью