Azərbaycanlı futbolçu debüt oyununda qol vurdu

26.07.2025

Icma.az, futbolpress-az saytına istinadən bildirir.

Azərbaycanlı futbolçu Orxan Əliyev Qırğızıstanın “Ozqon” komandasında debüt edib.

Futbolpress.az xəbər verir ki, o, “Asiaqol”la səfər matçında meydana çıxıb. Görüşə start heyətdə meydana çıxan hücumçu komandasının ilk qolunun müəllifi olub.

“Ozqon” görüşü 2:0 hesabıyla qalib başa vurub. Komanda çempionatda 14 oyundan sonra 19 xalla 6-cı sıradadır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью