Icma.az bildirir, Idmanxeber.az saytına əsaslanaraq.
“Neftçi”nin hücumçusu Ramil Şeydayev komandanı tərk etmək niyyətində deyil.
Təcrübəli hücumçu əsas heyətdən uzaqlaşdırılsa da, təklifləri dəyərləndirmir. Çünki Ramili heyətinə qatmaq istəyən klubların maaş təklifi oyunçunu qane etmir.
Bu səbəbdən də Şeydayev “ağ-qaralar”dan ayrılmayacaq.
O, Samir Abasov qərarını dəyişənə qədər əvəzedici heyətdə qalmağa razıdır. Hücumçu fikrini konkret olaraq rəhbərliyə də bildirib.
Xatırladaq ki, azərbaycanlı hücumçu “Neftçi”də ən çox maaş alan futbolçudur. Onun aylıq gəliri 50-55 min dollardır.
İdmanxeber.az