Azərbaycanlı futbolçu legioner həyatı yaşamağa davam edəcək: Xaricdə qalacam

10.06.2025

Sportal.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Azərbaycanlı futbolçu Vüsal İsgəndərli "Boluspor"dan ayrılıb.

Sportal.az saytına açıqlama verən yarımmüdafiəçi Türkiyə klubundan ayrılsa da, legioner həyatı yaşamağa davam etmək istədiyini bildirib: 

"Doğrudur, "Boluspor"la müqaviləm qüvvədədir. Amma danışırıq. Yəqin ki, böyük ehtimalla "Boluspor"da qalmayacam. Belə alındı. Amma legioner həyatı yaşamaq niyyətindəyəm. Böyük ehtimalla elə xaricdə qalacam. Çünki təkliflərim var. Onları dəyərləndirəcəm. Yeni mövsümdə də xaricdə oynamaq niyyətindəyəm. "Boluspor"da yaxşı təcrübə keçdim. Bu da mənim üçün yaxşı idi. Xaricdə qalmağa, buralarda oynamağa üstünlük verirəm".

saytlarin hazirlanmasi
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью