Azərbaycanlı futbolçu Polşada rəmzi komandaya düşdü Şəkil

11.11.2024

Qol.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

“Radomyak”da çıxış edən Azərbaycan millisinin futbolçusu Rahil Məmmədov Polşa çempionatında həftənin rəmzi komandasına düşüb.

QOL.az xəbər verir ki, bu barədə Ekstraklasanın rəsmi Feysbuk səhifəsi məlumat yayıb.

Rahil 15-ci turun ən yaxşı 11 futbolçusundan biri seçilib. Məmmədovun komandası 15-ci turda səfərdə “Poqon”u məğlub edib – 1:0. Azərbaycanlı oyunçu bu matçda sonadək meydanda olub.

Qeyd edək ki, “Radomyak” 15 qarşılaşmadan sonra 16 xalla 13-cü pillədə qərarlaşıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью