Azərbaycanlı futbolçunun komandası ÇL də mərhələ adladı

16.07.2026

Icma.az, Sportal.az saytına istinadən bildirir.

Çempionlar Liqasında 1-ci təsnifat mərhələsinin bütün oyunları başa çatıb.

Sportal.az xəbər verir ki, Zamiq Əliyevin də formasını geyindiyi “Eqnatiya” 2-ci təsnifat mərhələsinə vəsiqə qazanıb.

Albaniya çempionu Moldovada 1:1 oynadığı “Petrokub”u evdə 6:1 hesabı ilə məğlubiyyətə uğradıb.

Bu görüşdə Əliyev meydana çıxmayıb. Millimizin üzvünün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən ölkədən çıxışına qadağa qoyulmuşdu.

O, “Eqnatiya”nın yeni mövsüm hazırlığına qatıla bilməyib. Əliyev iki gün öncə ölkəni tərk edə bilib. 
 

saytlarin hazirlanmasi
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью