Azərbaycanlı futbolçunun komandası liderliyini davam etdirir

11.03.2025

Icma.az, Qol.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Albaniya Superliqasında 29-cu turun oyunları keçirilir.

QOL.az xəbər verir ki, bu gün Azərbaycan milli komandasının müdafiəçisi Zamiq Əliyevin çıxış etdiyi "Eqnatiya" səfərdə "Laçi"nin qonağı olub. Qarşılaşma 1:1 hesablı bərabərliklə başa çatıb.

Zamiq Əliyev matça start heyətində başlayıb və sona qədər meydanda qalıb.

Bu nəticədən sonra xallarını 53-ə yüksəldən "Eqnatiya" liderliyini davam etdirir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью