Azərbaycanlı gənc ABŞ da nüfuzlu liderlik proqramına seçilib

05.06.2026

Icma.az bildirir, Baku.ws portalına istinadən.

18 yaşlı azərbaycanlı gənc Emir İbrahimov ABŞ Dövlət Departamenti tərəfindən maliyyələşdirilən FLEX (Future Leaders Exchange) proqramı çərçivəsində mühüm uğura imza atıb. O, bu il Vaşinqton şəhərində keçirilən Civic Education Workshop (CEW) 2026 proqramının seçilmiş iştirakçıları sırasında yer alıb.

Bu barədə BAKU.WS-ə E. İbrahimov özü məlumat verib.

CEW proqramı FLEX şəbəkəsinin ən fəal və perspektivli tələbələri üçün nəzərdə tutulur. Bu səbəbdən proqramda iştirak hüququ qazanmaq yüksək nailiyyət hesab olunur.

Vaşinqtonda təşkil olunan təlimlər zamanı iştirakçılar liderlik bacarıqları, ictimai idarəetmə, vətəndaş məsuliyyəti, debat və müzakirə mədəniyyəti, media savadlılığı, eləcə də ABŞ-da qərar qəbuletmə mexanizmləri ilə bağlı geniş biliklər əldə ediblər.

Proqram çərçivəsində gənclər senatorların köməkçiləri ilə görüşmək, qanunvericilik prosesini yaxından izləmək və gənclərin cəmiyyətə təsir imkanlarını müzakirə etmək imkanı qazanıblar. Təcrübə iştirakçılara demokratik institutların fəaliyyəti və vətəndaş iştirakçılığının əhəmiyyəti barədə praktiki biliklər verib.

Qalereya

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью