Azərbaycanlı gənc böyrəyini 200 minə kimə satıb? Tükürpərdən detallar | Icma.az
GlobalInfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Keniyanın Eldoret şəhərində yerləşən “Mediheal” xəstəxanasında həyata keçirilən qanunsuz orqan transplantasiyası əməliyyatlarında donorlar arasında Azərbaycan vətəndaşları da yer alır.
Globalinfo.az Teleqraf-a istinadən xəbər verir ki, bu, Almaniyanın aparıcı mətbuat orqanları olan “Der Spiegel”, ZDF və “Deutsche Welle”nin birgə araşdırması nəticəsində üzə çıxıb.
Məlum olub ki, Almaniya və İsraildən gələn və böyrək köçürülməsini gözləyən imkanlı pasiyentlər üçün donorlar Azərbaycan, Qazaxıstan və Pakistan kimi ölkələrdən seçilir.
Bu şəxslər xəstələrlə heç bir qohumluq əlaqəsi olmadığı halda sənədlərdə saxta şəkildə “yaxın qohum” kimi göstərilir və onlardan böyrək götürülür.
Ən narahatedici məqam isə odur ki, bəzi donorlar hələ yetkinlik yaşına çatmamış olur və çox vaxt ingilis dilini bilmədikləri üçün risklərdən xəbərsiz şəkildə sənədləri imzalayırlar.
Donorların sağlamlığı və hüquqlarına əhəmiyyət verilmədən həyata keçirilən bu əməliyyatlar, əslində, bir neçə ölkəni əhatə edən, çoxmilyonluq gəlir gətirən cinayətkar şəbəkənin fəaliyyətidir.
Araşdırmada göstərilib ki, Almaniyada böyrək donoru çatışmazlığı səbəbindən transplantasiya gözləyənlərin sayı 10.000 nəfəri ötür və gözləmə müddəti 8-10 ilədək uzana bilər.
Tam oxu
Xəbəri oxu