Azərbaycanlı gənc dizayner Milan Moda Həftəsində solo debüt edib | Icma.az
Icma.az, Sia Az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Azərbaycanın incəsənət nümayəndəsi, gənc dizayner Qalib Həsənov 2025-ci ilin Milan Moda Həftəsində solo debüt edib.
SİA yerli mənbələrə istinadən xəbər verir ki, Qalib Həsənov nüfuzlu tədbirdə “Institution” adlı brendi ilə yeni kolleksiyasını təqdim etməklə moda dünyasına öz imzasını atıb və böyük maraq doğurub.
Onun kolleksiyası 30 unikal geyimdən ibarət olub və hər bir dizayn onun müasir yanaşmasını, innovativ baxışını və incəsənətlə modanın sintezini nümayiş etdirib.
Dizaynerin işləri zəriflik, struktur və konseptual ifadə gücü ilə fərqlənib.
Xüsusilə, kolleksiyada Azərbaycanın zəngin mədəni irsini və estetik dəyərlərini əks etdirən milli motivlər geniş yer alıb.
Milan Moda Həftəsi dünyanın ən nüfuzlu moda tədbirlərindən biri hesab olunur və bu platformada solo debüt etmək istənilən dizayner üçün böyük nailiyyətdir.
Qalib Həsənovun kolleksiyası təkcə Azərbaycan modasının deyil, həm də beynəlxalq səviyyədə gənc istedadların yaradıcılıq potensialının təqdimatı baxımından əhəmiyyətli hadisə olub.
Tam oxu
Xəbəri oxu