Idman.biz portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Dekabrın 6-8-də Qazaxıstanın paytaxtında 2014-cü il təvəllüdlü gənc futbolçular arasında böyük qazax şairi və mütəfəkkiri Abay Kunanbayulunun 180 illiyinə həsr olunan “Astana Cup” beynəlxalq turniri təşkil olunur.
İdman.Biz AZƏRTAC-a istinadən xəbər verir ki, yarışlarda 7 dövlətdən təxminən 200 uşaq iştirak edəcək.
Turnirdə Azərbaycanı Bakının “Qarabağ” futbol klubunun yeniyetmələrdən ibarət komandası təmsil edir.
“Qarabağ”ın 12 yaşlılar komandasının baş məşqçisi Şöhrət Yusifov jurnalistlərə açıqlamasında bildirib ki, turnirdə altı oyun keçirilməsi planlaşdırılır və əsas məqsəd gənc futbolçuların beynəlxalq təcrübəsini artırmaqdır: “Qələbə olsun, məğlubiyyət olsun – fərqi yoxdur.
Bu yaş mərhələsində əsas hədəfimiz uşaqların texniki və taktiki baxımdan inkişafıdır.
Onlar futbola qədəm qoyduqları ilk illərdə təməl texnikanı, oyun düşüncəsini mənimsəməlidirlər və bu bizim üçün prioritetdir”.
Baş məşqçinin sözlərinə görə, məqsəd turnirdə “Qarabağ” adına layiqli nəticə göstərməkdir: “ Yalnız nəticəyə köklənsək, uşaqların oyun vasitəsilə inkişaf etmə imkanını əllərindən almış olarıq.