Azərbaycanlı gənc kabab bişirmək istəyərkən öldü

11.05.2026

Icma.az, Demokrat.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Şəmkirdə ağır bədbəxt hadisə nəticəsində yanıq xəsarətləri alan rayon sakini dünyasını dəyişib.
Hadisə mayın 3-də qeydə alınıb. 2003-cü il təvəllüdlü Fəzail Məmmədov manqalı yandırmaq istəyərkən benzinlə ehtiyatsız davranıb. Nəticədə ağır bədən xəsarətləri alan 23 yaşlı gənc dərhal xəstəxanaya yerləşdirilib.
Həkimlərin göstərdiyi tibbi yardımlara və uzun müddət davam edən müalicəyə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb. Yaralı ötən gün xəstəxanada vəfat edib.
Hazırda faktla bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır. (axar.az)
Demokrat.az
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью