Azərbaycanlı gənc Kembric Universitetinə qəbul oldu Foto

05.08.2026

Axar.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Neftçala rayonundan olan İlham Səmədov dünyanın ən nüfuzlu ali təhsil ocaqlarından olan Kembric Universitetinin magistr proqramına qəbul olub.

Axar.az xəbər verir ki, İlham Səmədov magistratura təhsilini Azərbaycan Respublikasının "Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2028-ci illər üçün Dövlət Proqramı" çərçivəsində davam etdirəcək.

Qeyd edək ki, İlham Səmədov Neftçala şəhər 3 saylı tam orta məktəbini qızıl medalla başa vurub. O, Respublika Fənn Olimpiadasında coğrafiya fənni üzrə qalib olaraq qızıl medal qazanıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью