Azərbaycanlı gənc qəfildən Polşada vəfat edib

10.10.2026

Icma.az, Bakivaxti saytına istinadən bildirir.

Marneuli bələdiyyəsinin Candar kənd sakini, 25 yaşlı Azər Mehtiyev Polşada vəfat edib.

Bakıvaxtı.az 24News.ge-yə istinadən xəbər verir ki, Azər Mehtiyev evdə olduğu zaman qəfil ürəyi dayanıb və həyatını itirib.

Məlumata əsasən, mərhum işləmək məqsədilə Polşaya gedibmiş.

Hazırda onun nəşinin doğma kəndinə gətirilməsi üçün zəruri sənədlərin hazırlanması istiqamətində işlər aparılır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью