Azərbaycanlı gənc rəssam İrpendə fərdi yaradıcılıq sərgisinə hazırlaşır

31.01.2025

Icma.az, Azertag saytına istinadən bildirir.

İrpen, 31 yanvar, AZƏRTAC

Ukraynanın İrpen şəhərində yaşayan azərbaycanlı gənc rəssam Həzrət Mərdanlı fərdi yaradıcılıq sərgisinə hazırlaşır.

Bu barədə AZƏRTAC-a məlumat verən gənc rəssam bildirib ki, yazda keçirilməsi nəzərdə tutulan sərgidə realistik və abstrakt üslubda əsərlər nümayiş olunacaq. Sərgini əks etdirən əsas rəmz “Xarıbülbül” olacaq. Sərgi Azərbaycan və Ukrayna arasındakı dostluğu simvolizə edəcək. Rəsm əsərlərində Azərbaycan və Ukraynaya aid mövzular yer alacaq.

Qeyd edək ki, Həzrət Mərdanlı qəhrəman İrpen şəhərində keçirilən VII “Boyalı İrpen” plenerində təmsil olunub. Ukraynanın bütün regionlarından məşhur rəssamların qatıldığı tədbirdə ölkəmizi gənc rəssam təmsil edib. Həzrət Mərdanlı şəhər meri tərəfindən xüsusi mükafat və hədiyyə ilə təltif olunub.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

İrpen

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью