Azərbaycanlı gəncdən bir ilk Dünyada analoqu olmayan “əllər muzeyi” yaradır ÖZƏL+FOTOLAR |…
Moderator.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
“Əslində bəzi insanlar var ki, onların əllərini istəyirik qəlibdən çıxaraq, amma alınmır. O vaxt bəzi sənətkarlara dedik razı olmadılar.
Bəhanə deməzdim, amma əvvəl-əvvəl biz bu layihəyə başlayanda yeni idi və pandemiya dövrünə təsadüf etdiyindən insanlar ehtiyyat edirdilər” Bunu Moderator.az-a açıqlamasında “Danışan əllər” layihəsinin müəlliflərindən biri heykəltəraş Namiq Hüseynov deyib.
O daha sonra əlavə edib: “Zamanında çox istəyirdik ki, Xoşbəxt Yusifzadənin əllərini çıxaraq bu layihədə amma bir neçə dəfə cəhd etdim razı olmadı.
Son dəfə də Akademik Akif Əlizadənin əllərini qəlibdən çıxaranda xahiş elədim Akif müəllimdən ki, bizə Xoşbəxt Yusifzadənin əllərinin formasını qəlibdən çıxarmaq üçün köməklik etsin.
O da danışdı amma yenə razı olmadı. Çox təəsüf artıq Xoşbəxt müəllim həyatda yoxdur.
Bir neçə dəfə Polad Bülbüloğlunun köməkçisinə və özünə bu layihə haqqında deyiblər amma onunla da görüşmək hələ ki, alınmayıb.
Həmçinin də Zeynəb Xanlarova.. Bu layihəyə yeni başlayan zaman Maestro Rauf Abdullayevlə danışdım, o da imtina etdi” deyə layihənin rəhbəri
Tam oxu
Xəbəri oxu