Bakivaxti saytına istinadən Icma.az xəbər verir.
Heydər Əliyev adına Hərbi İnstitutda keçirilən məzun günü tədbirindən lentə alınan səmimi görüntülər sosial şəbəkələrdə böyük maraq doğurub.
Bakıvaxtı.az xəbər verir ki, tədbir zamanı təhsil müəssisəsinin rəisi, general-mayor Ümidvar Quliyev məzunlarla və onların ailə üzvləri ilə yaxından ünsiyyət qurub. Diqqət çəkən məqamlardan biri isə onun tədbirdə iştirak edən balaca uşaqla səmimi söhbəti olub.
Kadrlarda general-mayor Ümidvar Quliyevin uşağa gülərüzlə müraciət etdiyi, onunla söhbət etdiyi və sonda əlini sıxdığı əks olunub. Balaca qonağın da bu səmimi münasibətə sevinc dolu reaksiyası tədbir iştirakçılarının diqqətini çəkib.
Qısa müddətdə sosial mediada yayılan görüntülər istifadəçilər tərəfindən müsbət qarşılanıb. Paylaşımlarda hərbi rəhbərin sadəliyi, uşaqlara göstərdiyi diqqət və insani davranışı xüsusi vurğulanıb. Bir çox sosial şəbəkə istifadəçisi bu cür səmimi anların hərbçilərlə cəmiyyət arasında mənəvi bağlılığı daha da gücləndirdiyini qeyd edib.
Murad İsmayıl
Sözügedən görüntüləri təqdim edirik.