Azərbaycanlı gimnast karyerasını BAŞA VURDU

14.12.2024

Icma.az bildirir, Bizim media saytına əsaslanaraq.

Azərbaycanlı gimnast Zöhrə Ağamirova peşəkar karyerasını başa vurub.
Bizim.Media xəbər verir ki, bədii gimnastın böyük idmanla vidalaşması Bakıda keçirilən “Qış nağılı” turnirində olub.
Zöhrə tamaşaçıların alqışları altında nümayiş nömrəsi ilə çıxış edib. Ağamirova iki dəfə Olimpiya oyunlarında çıxış edib, topla hərəkətlərdə Avropa çempionatının bürünc medalını qazanıb, həmçinin İslam Həmrəyliyi Oyunlarının ikiqat qalibi, Universiadanın dəfələrlə mükafatçısı olub.
Rəşad Rafiqoğlu, Bizim.Media

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью