Azərbaycanlı güləş referisi: “Daha üst dərəcələri əldə etmək istəyirəm”

14.09.2026

Idman.biz saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

İkinci dərəcəli beynəlxalq kateqoriyaya yüksələn Azərbaycanın güləş referisi Samil Fəttayevin məqsədi daha üst pillələri əldə etməkdir.

Beynəlxalq dərəcəli hakim fəaliyyəti və son imtahan barədə danışıb.

“2014-cü ildən hakimliklə məşğulam. 2024-cü ildə beynəlxalq dərəcəli hakim statusu almışam. Son iki ildə üçüncü kateqoriyalı referi kimi yerli və beynəlxalq yarışlarda ədaləti təmin etmişəm. Bu il Bolqarıstanın Samokov şəhərində keçirilən U-15 Avropa çempionatından əvvəl növbəti testlərdən keçdik. Daha sonra yarış məkanında praktiki təlimlər təşkil olundu”, - deyə o report.az-a açıqlamasında vurğulayıb.

S.Fəttayev çempionatdakı təcrübəsindən və gələcək hədəflərindən söz açıb:

“Avropa çempionatında dörd görüşdə əsas hakim oldum. Digər qarşılaşmalara isə xalça rəhbəri kimi çıxdım. Çox sevinirəm ki, Dünya Güləş Birliyinin (UWW) etimadını doğruldaraq ikinci kateqoriyaya yüksəldim. Sözsüz ki, hər bir referi ən yüksək dərəcəyə – I-S kateqoriyasına çatmaq istəyər. Mənim də məqsədim ən azı birinci dərəcəyə qalxmaqdır. Hələ 42 yaşım var. Güləşdə 60 yaşa qədər beynəlxalq hakim statusunda qala bilərsən. Əlimdən gələni edəcəyəm ki, daha üst dərəcələri əldə edib ölkəmi beynəlxalq arenada layiqincə təmsil edim”.

O, Azərbaycan Güləş Federasiyasına təşəkkürünü ifadə edib:

“Şübhəsiz ki, bu istiqamətdəki uğurlarımız təsadüfi deyil. Azərbaycan Güləş Federasiyasının hakimlərə göstərdiyi dəstək və etimadın bu nailiyyətlərdə böyük payı var. Fürsətdən istifadə edərək federasiyaya, eləcə də onun Hakimlər və Texniki Komitəsinə göstərilən diqqət və qayğıya görə təşəkkür edirəm”.

İdman.Biz
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью