Icma.az, Xalq qazeti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Azərbaycan güləşçisi Sadiq Mustafazadə antidopinq qaydalarını pozduğuna görə 36 ay müddətinə idmandan kənarlaşdırılıb.
AMADA-dan XQ-yə verilən məlumata görə, buna antidopinq qaydalarının pozulması səbəb olub.
İdmançının nümunəsində qadağan edilmiş “19-norandrosterone” preparatı aşkarlanıb.
Sanksiyanın müddəti 2026-cı il aprelin 30-da başlayıb və 2029-cu il aprelin 29-da başa çatacaq.