Azərbaycanlı güləşçi dopinqə görə sərt cəzalandırıldı

27.03.2026

Icma.az, Oxu.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Azərbaycanlı güləşçi Sabir Cəfərov cəzalandırılıb.

Bu barədə Oxu.Az-a Azərbaycan Milli Antidopinq Agentliyindən (AMADA) məlumat verilib.

Onun nümunəsində qadağan edilmiş maddə, onun metabolitləri və ya markerlərinin mövcudluğu aşkarlanıb. Həmçinin idmançı tərəfindən qadağan edilmiş maddə, qadağan edilmiş üsuldan istifadə və ya istifadə cəhdi olub.

Sabir Cəfərov AMADA tərəfindən dörd il müddətinə yarışlardan kənarlaşdırılıb. 2025-ci il sentyabrın 1-dən başlayan sanksiya 2029-cu il avqustun 31-də başa çatacaq.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью