Azərbaycanlı güləşçilər bürünc medallar uğrunda mübarizə aparacaqlar YENİLƏNİR

24.08.2025

Idman.biz saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bolqarıstanın Samokov şəhərində keçirilən U-20 dünya çempionatı davam edir.

İdman.biz xəbər verir ki, yunan-Roma güləşi üzrə Azərbaycan təmsilçiləri Orxan Hacıyev (87 kq) və Məzair Mərdanov (130 kq) bürünc medal uğrunda mübarizə aparacaqlar.

Təsəlliverici görüşdə Orxan Hacıyev yaponiyalı İssin Onitsukanı 12:3 hesabı ilə məğlub edib.

Öz növbəsində, Məzahir Mərdanov da təsəlliverici görüşdə yaponiyalı Kosei Miyakiyə 9:0 hesabı ilə qalib gəlib.

İdman.biz

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью