Azərbaycanlı güləşçiyə ağır cəza

24.11.2026

Icma.az, Qafqazinfo saytına istinadən bildirir.

Azərbaycan sərbəst güləşçisi Sadiq Mustafazadə üç il müddətinə cəzalandırılıb.

“Qafqazinfo” xəbər verir ki, Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) məlumat yayıb.

O, antidopinq qaydasını pozduğu üçün diskvalifikasiya olunub.

İdmançıdan götürülmüş nümunədə “19 norandrosterone” preparatı aşkarlanıb.

Qeyd edək ki, Saiq Mustafazadə yaşlılar arasında Avropa ikincisi, 23 yaşlılar arasında Avropa üçüncüsü olub. 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью