Azərbaycanlı hakim Avropa çempionatına təyinat aldı

31.05.2026

Icma.az, Fanat portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Dünya Pauerliftinq Konqresinin (WPC) Azərbaycan üzrə rəsmi nümayəndəsi, beynəlxalq dərəcəli hakim Zaur Cəfərov İrlandiyada keçiriləcək WPC/AWPC Avropa çempionatına baş hakim təyin olunub.

Fanat.Az xəbər verir ki, yarış iyunun 1-dən 6-dək İrlandiyanın Limerik şəhərində təşkil olunacaq.

Zaur Cəfərov iyunun 1-dən 5-dək qitə birinciliyinin ən məsuliyyətli görüşlərini idarə edəcək. O, iyunun 6-da isə hakimlik fəaliyyətini idmançı kimi çıxışla əvəz edərək Avropa çempionatında Azərbaycanı təmsil edəcək və medallar uğrunda mübarizə aparacaq.

Mötəbər turnirdə ölkəmizi WPC Azərbaycan yığmasının tərkibində daha iki idmançı da təmsil edəcək. AWPC versiyası üzrə Elmir Tarverdiyev yerdən qoparma (deadlift), Orxan Fərzəliyev isə üç növçülük (classic raw powerlifting) yarışlarında çıxış edəcək.

Abunə Ol

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью