Fanat saytına istinadən Icma.az xəbər verir.
Beynəlxalq dərəcəli azərbaycanlı hakim Eldar Zülfüqarov Avropa Voleybol Konfederasiyası (CEV) tərəfindən növbəti dəfə təyinat alıb.
Fanat.Az xəbər verir ki, o, kişi voleybolçular arasında Çempionlar Liqasında iş başında olacaq.
Zülfüqarov E qrupunda “Levski” (Bolqarıstan) - “Şomon” (Fransa) matçında birinci hakim funksiyasını yerinə yetirəcək. Görüşün ikinci referisi lixtenşteynli Aleksander Sikanyiçdir.
Bolqarıstanın paytaxtı Sofiyada keçiriləcək oyun bu gün yerli vaxtla saat 20:00-da başlayacaq.