Azərbaycanlı hakim dünya çempionatına təyinat alıb

01.07.2025

Cbcsport saytına istinadən Icma.az xəbər verir.

Azərbaycanın beynəlxalq dərəcəli voleybol hakimi Eldar Zülfüqarov dünya çempionatına təyinat alıb.

O, iyulun 2-də Serbiya və Xorvatiyada start götürəcək 19 yaşadək qızlar arasında mundialın oyunlarını idarə edəcək.

24 ölkənin yığma komandasının mübarizə aparacağı yarışda qalib iyulun 13-də bəlli olacaq.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью