Azərbaycanlı hakim Konfrans Liqasına təyinat aldı

05.06.2026

futbolpress-az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

FIFA referisi Elçin Məsiyev növbəti təyinat alıb.

Futbolpress.az xəbər verir ki, o, UEFA Konfrans Liqasının Liqa mərhələsinin I turu çərçivəsində keçiriləcək “Boraç” (Bosniya və Herseqovina) – “Panatinaikos” (Yunanıstan) oyununun baş hakimi olacaq. Ona Elşad Abdullayev və Pərvin Talıbov kömək edəcəklər. Dördüncü hakim funksiyasını Fərid Hacıyev yerinə yetirəcək.

Matçın VAR hakimləri İnqilab Məmmədov və fransalı Beniot Millot olacaq.

Oktyabrın 3-də Banya-Luka şəhərinin eyniadlı stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью